Voleybol üzrə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində təşkil olunan voleybol üzrə Azərbaycan kubokunun bağlanış mərasimi olub.
İdman.biz xəbər verir ki, tədbirdə Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov çıxış edib.
Federasiya rəsmisi turnirin maraqlı keçdiyindən danışıb və qalib komandaları təbrik edib.
Sonra turnirin ən yaxşı oyunçularına mükafat verilib. Kişilərdə "Xilasedici"nin voleybolçusu Reyes Rodriges MVP mükafatına layiq görülüb. Qadınlar arasında mükafat "Abşeron"un formasını geyinən Katarina Jitkovaya verilib.
Daha sonra gümüş mükatçılara və turnirin qaliblərinə medal və kuboklar təqdim olunub.
Qeyd edək ki, kişilərin yarışında "Xilasedici" "Azərreyl"ə, qadınlrda isə "Abşeron" "Gəncə"yə 3:0 hesabı ilə qalib gəlib.
Emin Ağa
İdman.biz