Qadın voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatında mübarizəyə başlayacaq.
İdman.biz-in məlumatına görə, Ataman Güneyligilin baş məşqçisi olduğu komanda Çexiya ilə üz-üzə gələcək.
Almaniyanın Düsseldorf şəhərindəki qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Qrupun digər matçında İsveç Türkiyə yığması ilə görüşəcək.
Qeyd edək ki, Azərbaycan millisi Çexiya, Almaniya, Yunanıstan, İsveç və Türkiyə ilə birlikdə C qrupunda mübarizə aparacaq. Sentyabrın 3-də başa çatacaq Avropa çempionatına Belçika, İtaliya, Almaniya və Estoniya ev sahibliyi edir. Reqlamentə əsasən, qrupda ilk 4 pillədə qərarlaşacaq komandalar 1/8 finala yüksələcəklər.
İdman.biz