“Abşeron” legioner voleybolçu ilə güclənib

Xəbərlər
10 Sentyabr 2024 12:16
304
“Abşeron” legioner voleybolçu ilə güclənib

“Abşeron” voleybol klubu transfer bazarında fəallığını davam etdirir.

İdman.bizin əldə etdiyi məlumata görə, ölkə çempionatının gümüş mükafatçısı macarıstanlı Mariya Çiliçi heyətinə qatıb.

Çiliç ötən mövsümü vətənində "Fatum" klubunda keçirib.

Qeyd edək ki, “Abşeron” bundan əvvəl Azərbaycan millisinin iki voleybolçusu, hücumçu Nikalina Başnakova və blokçu Anastasiya Mertsalova ilə müqavilə imzalayıb.

İdman.biz