Azərbaycanın “Abşeron” klubunun voleybolçusu Anastasiya Çalışeva özünə yeni klub tapıb.
İdman.biz xəbər verir ki, rusiyalı hücumçu bundan sonra Bosniya və Herseqovina çempionatında çıxış edəcək. Onun yeni klubu “Kula Qradaçaç” olacaq.
Qeyd edək ki, “Abşeron”un tərkibində Çalışeva Azərbaycan çempionatının gümüş mükafatçısı olub.
Nicat Zəkiyev
İdman.biz