Yığma oyunçuları “Gəncə”də - FOTO

Xəbərlər
7 İyun 2024 15:39
224
Yığma oyunçuları “Gəncə”də - FOTO

Qadın voleybolçulardan ibarət “Gəncə” klubu heyətini gücləndirib.

Klubdan İdman.bizə verilən məlumata görə, əyalət təmsilçisi 2 oyunçu ilə danışıqları müsbət yekunlaşdırıb.

Razılaşmaya əsasən Yuliya Kərimova və Nərminə Musayeva “Gəncə”nin formasını geyinəcəklər. Azərbaycan millisinin voleybolçuları ilə 1 illik müqavilə imzalayıb.

İdman.biz

Məqalədə: