Yığmamızın oyunu finlandiyalıya əmanət

Xəbərlər
27 May 2024 13:32
110
Yığmamızın oyunu finlandiyalıya əmanət

Kişi voleybolçular arasında Qızıl Avropa Liqasında III mərhələnin təyinatları bəlli olub.

İdman.biz xəbər verir, bunu CEV-in mətbuat xidməti açıqlayıb.

Azərbaycan millisinin matçlarının hakimləri də bəlli olub. Yığmamız Estoniyada meydan sahibləri və Avstriya ilə qarşılaşacaq.

Qeyd edək ki, komandamız keçirdiyi 4 oyunun hamısında uduzub və turnir cədvəlində 12-ci pillədə qərarlaşıb.

Qızıl Avropa Liqası (kişilər)
III mərhələ
31 may
19:00. Azərbaycan – Estoniya
Hakimlər:
Ari Yokelaynen (Finlandiya), Koen Luts (Belçika)
Rakvere İdman Zalı

1 iyun
17:00. Lüksemburq – Azərbaycan
Hakimlər:
Risto Strandson (Estoniya), Ari Yokelaynen (Finlandiya)
Rakvere İdman Zalı

İdman.biz

Məqalədə: