Azərbaycan çempionatının rəmzi komandası açıqlanıb - ƏN YAXŞILAR

Xəbərlər
23 Aprel 2024 18:39
Azərbaycan çempionatının rəmzi komandası açıqlanıb - ƏN YAXŞILAR

Kişi voleybolçular arasında Azərbaycan çempionatının ən yaxşıları açıqlanıb.

İdman.biz xəbər verir ki, ən yaxşılar bugünkü mükafatlandırmada təltif olunublar.

“Azərreyl”in voleybolçusu Sergey Plotonenkov MVP seçilib.

Ən perspektivli oyunçu adına Nihat Qasımov (“Murov Az Terminal”) layiq görülüb.

Rəmzi komanda:
Toppaylayıçı:
Əmirmehdi Ablou (“Murov Az Terminal”)
Hücumçu: Andrey Melnikov (“Azərreyl”), Vladislav Kulçenko (“Murov AZ Terminal”)
Libero: Emil Abdullayev (“Neftçi”)
Blokçu: Mehdi Cəfərvənd (“Azərreyl”), Mövsüm Vazehi (“Neftçi”)
Diaqonal oyunçusu: Onalbek Kalibekoğlu (“Murov Az Terminal”).

Qeyd edək ki, Yüksək Liqanın finalında “Azərreyl” “Murov Az Terminal”a qalib gəlib.

İdman.biz