“Azərreyl” finalda - FOTO - VİDEO

Xəbərlər
17 Aprel 2024 16:09
335
“Azərreyl” finalda - FOTO - VİDEO

Bu gün kişi voleybolçular arasında Azərbaycan çempionatında yarımfinalın 2-ci oyunlarına start verilib.

İdman.biz xəbər verir ki, Yüksək Liqada ilk finalçı MOİK-lə “Azərreyl” arasında matçda müəyyənləşib.

İki gün əvvəl üç setdə qalib gələn “dəmiryolçular” bu dəfə də quru hesabla qalib gəliblər – 3:0. MOİK matçda cəmi 44 xal toplaya bilib. Onlar çıxışını bürünc medal uğrunda davam etdirəcəklər.

Qeyd edək ki, ikinci finalçı sabah keçiriləcək "Neftçi" - "Murov Az Terminal" görüşündən sonra müəyyənləşəcək.

Yüksək Liqa, kişilər
Yarımfinal, 2-ci oyun
17 aprel
15:00. MOİK - “Azərreyl” – 0:3 (12:25, 18:25, 14:25)

İlk oyun – 0:3 (15:25, 17:25, 12:25)
GİN-in Voleybol Mərkəzi

İdman.biz

Məqalədə: