“Abşeron” Gəncədə uduzub, “Murov Az Terminal” 2-ci pillədə

Xəbərlər
2 Aprel 2024 20:34
188
“Abşeron” Gəncədə uduzub, “Murov Az Terminal” 2-ci pillədə

Bu gün qadın voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunlar keçirilib.

İdman.biz xəbər verir ki, Yüksək Liqada XIX turun üç matçı baş tutub.

Gəncədə eyniadlı komanda çempionatın liderləri qrupunda yer alan “Abşeron”u qəbul edib. Qarşılaşma gözlənilmədən meydan sahiblərinin asan qələbəsi ilə yekunlaşıb.

“Murov Az Terminal” "Abşeron"un məğlubiyyətindən istifadə edib. UNEC-lə görüşdə çətinlik çəkməyən komanda 2-ci pilləyə yüksəlib. "Tələbələr" bu görüşdə cəmi 26 xal qazana biliblər.

“Azərreyl” “Milli Aviasiya Akademiyası”nı sınağa çəkib. Oyun "dəmiyolçular"ın asan qələbəsi ilə başa çatıb. Bu qələbə "Azərreyl"lə ən yaxın izləyicisini 8 xal qabaqlamaq imkanı verib.

Yüksək Liqa (qadınlar)
XIX tur
2 aprel
17:00. “Gəncə” - “Abşeron” - 3:0 (25:18, 25:20, 25:16)

Gəncə OİK

17:00. “Azərreyl” - “Milli Aviasiya Akademiyası” - 3:0 (25:7, 25:19, 25:18)
GİN-nin Voleybol Mərkəzi

18:00. UNEC - “Murov Az Terminal” - 0:3 (5:25, 11:25, 10:25)
UNEC-in idman zalı

Azərreyl

19

16

3

51-14

1526-1242

48

Murov Az Terminal

19

14

5

42-21

1527-1231

40

Abşeron

19

13

6

42-24

1520-1314

39

Gəncə

19

10

9

34-31

1420-1292

30

Milli Aviasiya Akademiyası

19

4

15

20-45

1236-1460

14

UNEC

19

0

19

0-57

731-1425

0

İdman.biz