“Gəncə” ilə Türkiyə klubları arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

Xəbərlər
8 Mart 2024 20:21
120
“Gəncə” ilə Türkiyə klubları arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

“Gəncə” voleybol klubunun prezidenti Elvar Osmanov Türkiyənin Gəncə şəhərindəki Baş konsulu Recep Öztop ilə görüşüb.

İdman.biz xəbər verir ki, görüşdə klub rəhbəri komandasının Azərbaycan Yüksək Liqasındakı çıxışı, ölkə çempionatının pley-off mərhələsinə vəsiqə qazanması və aşağı yaş qruplarından ibarət heyətin formalaşdırılması istiqamətində mühüm addımların atıldığını deyib.

Bildirib ki, Azərbaycan Voleybol Federasiyasının ölkəmizdə idmanın bu növünün kütləviləşməsi istiqamətində göstərdiyi mühüm işlərə “Gəncə” də öz töhfəsini verir, orta məktəblərdə seleksiya xarakterli məşqlər təşkil olunur, istedadlı yeniyetmələr komandalara cəlb edilib.

Öztop “Gəncə”nin çıxışını yüksək qiymətləndirərək komandaya ölkə çempionatında uğurlar arzulayıb, Azərbaycanda idmana göstərilən dövlət qayğısının əhəmiyyətini diqqətə çatdrıb.

Daha sonra “Gəncə” ilə Türkiyə komandaları arasında birgə əməkdaşlığın perspektivləri, qarşılıqlı təlim-məşq toplanışları və yoxlama oyunlarının təşkili barədə fikir mübadiləsi aparılıb.

Sonda Osmanov “Gəncə” klubunun formasını Recep təqdim edib.

İdman.biz