Qadın basketbol millimiz İrlandiya ilə qarşılaşacaq

14 Noyabr 2026 10:37
66
Qadın basketbol millimiz İrlandiya ilə qarşılaşacaq

Azərbaycanın qadın basketbol millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.

İdman.Biz xəbər verir ki, yığmamız 2029-cu ildə təşkil olunacaq qitə çempionatının seçmə mərhələsi çərçivəsində A qrupunun ikinci matçında İrlandiya millisini qəbul edəcək.

Qarşılaşma saat 14:00-da Milli Gimnastika Arenasında başlayacaq.

Qeyd edək ki, Azərbaycan millisi seçmə mərhələdəki ilk oyununda İsveçrəyə 33:84 hesabı ilə məğlub olub.

İdman.Biz