“Komandamız ikinci dövrədə 2 dəfə məğlub olub”.
İdman.biz xəbər verir ki, bunu qadın voleybolçulardan ibarət “Murov Az Terminal” klubunun baş məşqçisi Eldar Yusubov deyib.
Təcrübəli mütəxəssis II dövrədə komandasının oyunlarını dəyərləndirib. Mütəxəssis məğlub olduqları görüşləri əsas oyunçularından birinin əlinin sınması ilə əlaqələndirib: “Bu, bir az problem yaratdı. Lakin ümumilikdə çıxışımızı qanətbəxş hesab edirəm. Komandamız kollektiv oyun nümayiş etdirir. Çalışacağıq ki, qarşıdakı matçlara daha yaxşı hazırlaşaq və yaxşı oyun nümayiş etdirək”.
Qeyd edək ki, “Murov Az Terminal” Azərbaycan çempionatının ikinci dövrəsindən sonra 23 xalla turnir cədvəlində ikinci pillədədir.
İdman.biz
