Qadın voleybolçulardan ibarət “Turan” komandası bu ay Yunanıstanda turnirə qatılacaq.
Bu barədə Tovuz klubunun prezidenti Həsən Zeynalov məlumat verib.
O, turnirin paytaxt Afinada olacağını qeyd edib.
“Buradakı rəqiblərimizdən biri də Yunanıstanın əsas liqasında çıxış edən “ASP Tetis” komandası olacaq”, - deyə o AZƏRTAC-a açıqlamasında söyləyib.
Xatırladaq ki, son çempion “Turan”ın daha əvvəl bu ay İtaliyanın Milan şəhərində hazırlıq keçəcəyi bəlli idi. Komanda buradakı hazırlıqdan sonra Yunanıstana yola düşəcək.
