Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının 1/8 final mərhələsindəki rəqibi müəyyənləşib.
İdman.Biz xəbər verir ki, Azərbaycan millisinin 1/8 finaldakı rəqibi Türkiyə olacaq. Türkiyə yığması A qrupunda son oyununda Polşaya 2:3 hesabı ilə məğlub olub və qrup ikincisi kimi növbəti mərhələyə vəsiqə qazanıb.
Avropa çempionatının 1/8 final qarşılaşmaları avqustun 31-i və sentyabrın 1-də İstanbulda keçiriləcək.
Qeyd edək ki, Faiq Qarayevin rəhbərlik etdiyi yığma qrup mərhələsini 8 xalla üçüncü pillədə başa vurub və pley-offa yüksəlib.
