Belçika qadın voleybol millisinin 22 nömrəli hücumçusu Liese Verhelst Bakıda keçirilən CEV Trendyol EuroVolley 2026 Women turnirinin C qrupunda Portuqaliya üzərində 3:0 hesablı qələbədən sonra fikirlərini bölüşüb.
İdman.Biz xəbər verir ki, voleybolçu bu nəticənin komandaya əlavə inam verdiyini bildirib.
“Düşünürəm ki, bu oyun bizə daha da güvən verdi. Xüsusilə də dünənki çətin qarşılaşmadan sonra qələbə qazanmaq həqiqətən çox xoş hissdir. Komandamız çox yaxşı çıxış etdi. İndi növbəti qarşılaşmaya köklənməliyik”, - Verhelst deyib.
Belçika millisi Portuqaliyanı 25:16, 25:22 və 25:11 hesablı setlərlə 3:0 məğlub edib. Komanda bundan əvvəl İspaniyaya 3:2 hesabı ilə qalib gəlmişdi.
