Portuqaliya millisinin üzvü: “İlk iki setdə rəqibə çox yaxın mübarizə apardıq”

23 Avqust 2026 19:52
117
Portuqaliya millisinin üzvü: “İlk iki setdə rəqibə çox yaxın mübarizə apardıq”

Portuqaliya qadın voleybol millisinin üzvü Raisa Kassama Bakıda keçirilən CEV Trendyol EuroVolley 2026 Women turnirinin C qrupunda Belçikaya 0:3 hesabı ilə uduzduqları qarşılaşma barədə fikirlərini bölüşüb.

İdman.Biz xəbər verir ki, voleybolçu ilk iki setdə komandalarının rəqibə yaxın mübarizə apardığını bildirib.

“Bilirdik ki, bizi çətin oyun gözləyir. Yarışda çıxış edən hər komandanın hədəfləri var. Qarşımızdakı rəqibi bilirdik, lakin düşünürəm son set bütün oyunun gedişini əks etdirmir. Çünki ilk iki setdə rəqibə çox yaxın mübarizə apardıq”, - Raisa Kassama deyib.

Portuqaliyalı voleybolçu komandanın növbəti görüşə kökləndiyini də vurğulayıb:

“İndi sadəcə çatışmazlıqları aradan qaldırmalıyıq. Çünki sabah bizi artıq yeni oyun gözləyir. Qələbə qazanmağa çalışacağıq”.

Portuqaliya Belçikaya 16:25, 22:25 və 11:25 hesablı setlərlə 0:3 uduzub.

İdman.Biz