Azərbaycanın ev sahibi olduğu qadın voleybolçular arasında Avropa çempionatının C qrupunda yer alan Belçika, Rumıniya və İspaniya milli komandaları artıq Bakıya gəliblər.
İdman.Biz xəbər verir ki, C qrupunun oyunları Azərbaycan paytaxtında keçiriləcək. Qrupda ev sahibi Azərbaycanla yanaşı, Belçika, Rumıniya, İspaniya və Portuqaliya yığmaları mübarizə aparacaqlar.
Qrup mərhələsində ilk qarşılaşma avqustun 21-də keçiriləcək. Açılış matçında Azərbaycan millisi Portuqaliya yığması ilə üz-üzə gələcək.
