Bakıda qadın voleybolçular arasında Avropa çempionatı başlayır

20 Avqust 2026 21:31
75
Bakıda qadın voleybolçular arasında Avropa çempionatı başlayır

Qadın voleybolçular arasında Avropa çempionatının Bakıda keçiriləcək C qrupu üzrə oyunlarına avqustun 21-də start veriləcək.

İdman.Biz xəbər verir ki, qarşılaşmalar Milli Gimnastika Arenasında təşkil olunacaq. Yarışın açılış mərasimi avqustun 21-də saat 18:15-də başlayacaq.

Açılış mərasimindən sonra, saat 19:00-da Azərbaycan və Portuqaliya milli komandaları arasında C qrupunun ilk oyunu keçiriləcək.

Bakının ev sahibliyi etdiyi C qrupunda Azərbaycan, Niderland, İspaniya, Belçika, Portuqaliya və Rumıniya yığmaları mübarizə aparacaqlar.

Qeyd edək ki, qadın voleybolçular arasında Avropa çempionatı avqustun 21-dən sentyabrın 6-dək Azərbaycan, Türkiyə, İsveç və Çexiyada keçiriləcək.

İdman.Biz