Voleybol millimizin Avropa çempionatı üçün yekun heyəti açıqlanıb

20 Avqust 2026 18:59
130
Voleybol millimizin Avropa çempionatı üçün yekun heyəti açıqlanıb

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatı üçün heyəti müəyyənləşib. Ölkəmizin də ev sahibliyi etdiyi yarışda yığmamız C qrupunda mübarizə aparacaq.

İdman.Biz xəbər verir ki, milli komanda baş məşqçi Faiq Qarayevin rəhbərliyi altında Bakıda meydana çıxacaq. Yığmanın kapitanı Ayşən Abduləzimovadır.

Azərbaycan millisinin yekun heyəti:

Hücumçular: Polina Rəhimova, Yelizaveta Ruban, Marqarita Stepanenko, Kseniya Pavlenko, Nərminə Musayeva, Ülkər Kərimova

Blokçular: Ayşən Abduləzimova, Mariya Kirilyuk, Aynur İmanova

Toppaylayıcılar: Kristina Besman, Raziyə Əliyeva

Liberolar: Yuliya Kərimova, Bəyaz Quluyeva, Ceyran İmanova

Baş məşqçi: Faiq Qarayev

Köməkçi məşqçilər: Emin Əbilov, Ziya Rəcəbov

Qeyd edək ki, C qrupunun oyunları Bakıda keçiriləcək. Qrup mərhələsi avqustun 21-dən 28-dək davam edəcək.

İdman.Biz