Azərbaycan Voleybol Federasiyasının (AVF) həkimi Vüsalə Kazımova Serbiyanın paytaxtı Belqradda keçirilən Millətlər Liqasında (VNL) qadın və kişi komandaların oyunlarında iş başında olacaq.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyası məlumat yayıb.
Beynəlxalq Voleybol Federasiyasının (FIVB) Tibb Komissiyasının üzvü sözügedən turnirdə FIVB-nin tibbi nümayəndəsi (Medical Delegate) qismində fəaliyyət göstərəcək.
V.Kazımova yarış zamanı tibbi xidmətlərin beynəlxalq standartlara uyğun təşkilinə, tibbi təminatın koordinasiyasına və həyata keçirilməsinə nəzarəti təmin edəcək.
Qeyd edək ki, ötən gün başlayan qadınların yarışı iyulun 12-də başa çatacaq. Kişilərin mübarizəsi iyulun 15-19-u aralığında keçiriləcək.
