Azərbaycanı avrokuboklarda təmsil edəcək voleybol komandaları müəyyənləşib

8 İyul 2026 12:43
80
Azərbaycanı avrokuboklarda təmsil edəcək voleybol komandaları müəyyənləşib

Azərbaycanı yeni mövsümdə avrokuboklarda təmsil edəcək voleybol komandaları məlum olub.

İdman.Biz xəbər verir ki, qadın voleybolçulardan ibarət “Turan” və kişilərdən ibarət “Xilasedici” komandaları FIVB Çempionlar Liqasında mübarizə aparacaq.

Hər iki komanda ötən mövsüm ölkə çempionu olub.

Gümüş medalçılar “Ordu” (kişi) və “DH Volley” (qadın) isə Çelenc Kubokunda yarışacaq.

İdman.Biz