Qadınlardan ibarət “Murov AZ Terminal”ın baş məşqçisi Eldar Yusubovun İdman.biz saytına müsahibəsi
- İlin ilk matçında “Azərreyl”ə tay-brekdə qalib gəldiz. Matçı necə dəyərləndirərdiz?
- Komanda blokda çox yaxşı oyun göstərdi. Səhvlərimiz də az oldu. Qələbəmizdə məhz bu amilin rol oynadığını düşünürəm.
- Əsas rəqibləriniz olan “Abşeron”un da VIII turu məğlubiyyətlə başa vurdu...
- “Milli Aviasiya Akademiyası” çox yaxşı oyun göstərdi. “Abşeron” oyuna rahat çıxmışdı. Qələbə qazanacaqlarını düşünürdülər. Bu, idmandır. Gərək hər bir rəqibə ciddi yanaşasan ki, axırda belə nəticə alınmasın.
- “Murov Az Terminal” fasilədən lazımınca yararlana bildi?
- 1 həftə vaxtımız var idi. Bu vaxt ərzində çalışdıq ki, komandanın fiziki formasını yüksəldək. Bunu da bacardıq.
- Bəs komandaya yeni voleybolçu cəlb etməyi planlaşdırırsız?
- Hələlik yeni transfer yoxdur. Axtarışdayıq. Ola bilər ki, 1 oyunçu alaq.
- Mövsümdə əsas hədəfiniz nədir?
- Final oyununda iştirak etmək istəyirik. Hədəfimiz çempionluqdur. Həm hazırlaşmağa, həm də komandanı ruhlandırmağa hələ vaxtımız var. “Dördlər finalı”na rahat getməliyik.
Emin Ağa
İdman.biz
