Faiq Qarayev: “10 gün əvvəl əməliyyat olunmuşam, özümü yaxşı hiss edirəm”

Xəbərlər
28 Dekabr 2023 15:28
654
Faiq Qarayev: “10 gün əvvəl əməliyyat olunmuşam, özümü yaxşı hiss edirəm”

“10 gün əvvəl əməliyyat olunmuşam. Bu gün özümü yaxşı hiss edirəm”.

Bunu İdman.bizə Azərbaycan Voleybol Federasiyasının (AVF) vitse-prezidenti Faiq Qarayev deyib.

Təcrübəli mütəxəssis səhhətində hansısa problemin olmadığını bildirib. Bir gün öncə AVF-in illik hesabatı və baş məşqçi təyinatı ilə bağlı tədbirə qatıldığını xatırladan Qarayevin sözlərinə görə, özünü yaxşı hiss edir: “Düzdür, müalicəm davam edir. Amma hər şey qaydasındadır. Hansısa narahatçılıqdan söhbət belə gedə bilməz”.

Qeyd edək ki, Qarayev bir gün öncə qadın voleybolçulardan ibarət milli komandaya baş məşqçi təyin edilib.

Hüseyn Vaqif
İdman.biz

Məqalədə: