Tailand klubu: “Qurbanova ilə çempionluq uğrunda mübarizəyə 100 faiz hazır olacağıq”

Xəbərlər
26 Dekabr 2023 13:02
85
Tailand klubu: “Qurbanova ilə çempionluq uğrunda mübarizəyə 100 faiz hazır olacağıq”

“190 santimetr boylu Qurbanova hücumu mütləq gücləndirəcək”.

İdman.biz xəbər verir ki, bunu Tailandın “Diamond Food Fine Chef - Air Force” klubu Azərbaycan millisinin voleybolçusu Anastasiya Qurbanovanın transferi ilə bağlı paylaşımında yazıb.

Bildirilib ki, 34 yaşlı hücumçunun etibarlı və çevik oyun tərzi komanda üçün çox faydalı olacaq: “Klubumuz çox sıx oyun sistemi ilə meydana çıxır. Anastasiyanın dinamik oyun tərzi bu standarta cavab verir. Biz onunla çempionluq uğrunda mübarizəyə 100 faiz hazır olacağıq”.

Qeyd edək ki, Anastasiya artıq Tailandda klub məşqlərinə başlayıb. O, ötən mövsüm Qazaxıstanın "Jetısu"nda çıxış edib.

Zəki Feyzullayev
İdman.biz

Məqalədə: