Voleybolçumuz Tailand klubunda

Xəbərlər
25 Dekabr 2023 17:46
376
Voleybolçumuz Tailand klubunda

Azərbaycan milli komandasının voleybolçusu Anastasiya Qurbanova karyerasını Tailandda davam etdirəcək.

İdman.biz xəbər verir ki, o, "Diamond Food Fine Chef - Air Force" klubu ilə müqavilə imzalayıb.

Qurbanova komandada yeganə əcnəbi olmayacaq. Yaponiyalı Misaki Yamauçi də həmyerlimizlə bir klubda oynayacaq.

Qeyd edək ki, Anastasiya daha öncə Qazaxıstanın "Jetısu" klubunun şərəfini qoruyub, 2018/19 mövsümündə isə Filippin çempionatının “Signal Spikers”ində çıxış edib.

İdman.biz

Məqalədə: