"Neftçi"nin baş məşqçisi: “Mövsümü birinci yerdə başa vuracağıq”

Xəbərlər
22 Dekabr 2023 13:12
399
"Neftçi"nin baş məşqçisi: “Mövsümü birinci yerdə başa vuracağıq”

“Biz "Azərreyl"də oyuna yaxşı hazırlaşmışdıq”.

İdman.biz xəbər verir ki, bunu Voleybol Federasiyasının mətbuat xidmətinə kişilərdən ibarət “Neftçi”nin baş məşqçisi Pərviz Səmədov deyib.

Gənc mütəxəssis Azərbaycan çempionatında 2023-cü ilin son matçında “Azərreyl” komandasına 3:1 hesabı ilə qalib gəldikləri matçı dəyərləndirib. O bildirib ki, komandası istədiyi oyunu göstərib: “Sadəcə, bir setdə voleybolun şansızlığı baş verdi. Bu da komandanın çıxışına mənfi təsir göstərdi. Yaxşı ki, tez toparlana bildik. İnamlı qələbə qazandıq. Mövsümün əvvəlindən komandama hər zaman inanırdım, lakin oyunçular startda bir-birilərinə uyğunlaşa bilməmişdilər. Hazırda komandam yüksəlişə dövrünü yaşayır. İnanırıq ki, mövsümü birinci yerdə başa vura bilərik”.

Qeyd edək ki, “Neftçi” Azərbaycan çempionatında 10 xalla turnir cədvəlinin dördüncüdür.

Banuçiçək Hüseynli

İdman.biz