Kəmalə Əsgərova Avropa Voleybol Konfederasiyasından təyinat aldı

Xəbərlər
14 Yanvar 2026 11:12
65
Kəmalə Əsgərova Avropa Voleybol Konfederasiyasından təyinat aldı

Azərbaycanlı hakim Kəmalə Əsgərova Avropa Voleybol Konfederasiyasından təyinat alıb.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyası məlumat yayıb.

O, qadın voleybolçular arasında keçirilən Çelenc Kubokunun 1/8 final mərhələsində Serbiyanın “Srvena Zvezda” və Danimarkanın “Holte IF” komandaları arasında baş tutacaq qarşılaşmada ikinci hakim olacaq.

Matçın baş hakimi vəzifəsini xorvatiyalı Ana Stipanicev yerinə yetirəcək.

Qeyd edək ki, oyun yanvarın 15-də Serbiyada keçiriləcək.

İdman.Biz