Yığmamızın sabiq hücumçusu Türkiyə klubunda məşqçi işləyəcək

Xəbərlər
20 Dekabr 2023 15:46
177
Yığmamızın sabiq hücumçusu Türkiyə klubunda məşqçi işləyəcək

Azərbaycan millisinin sabiq voleybolçusu Yana Kulan karyerasını məşqçi kimi davam etdirəcək.

İdman.biz xəbər verir ki, 36 yaşlı veteran hücumçu Türkiyə II liqasında çalışacaq.

Slovakiya əsilli Kulan “Limaspor”la anlaşıb. O, baş məşqçi Uğur Ülkünün köməkçisi funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, Kulanın son klubu Yaponiya “Toray Arrovs”u olub. O, 5 il burada oynayıb və 2022/2023 mövsümü bitdikdən sonra karyerasını bitirib.

İdman.biz