Zöhrab Gözəlbəyli beynəlxalq oyuna supervayzer təyin olundu

Xəbərlər
5 Yanvar 2026 10:27
79
Zöhrab Gözəlbəyli beynəlxalq oyuna supervayzer təyin olundu

Azərbaycan Voleybol Federasiyasının Kommunikasiya şöbəsinin rəhbəri Zöhrab Gözəlbəyli beynəlxalq yarışa supervayzer təyin edilib.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyası məlumat yayıb.

O, kişi voleybolçular arasında Çelenc Kubokunun 1/16 final mərhələsində Türkiyənin “Altekma” və Niderlandın “Slidrext” komandaları arasında keçiriləcək oyunda hakimlərin fəaliyyətinə nəzarət edəcək.

Qeyd edək ki, yanvarın 7-də İzmirdə keçiriləcək qarşılaşmanın hakimləri maltalı Frenki Tanti və bolqarıstanlı Bojidara Mitkova olacaq.

İdman.Biz