Bu gün voleybol üzrə Azərbaycan Yüksək Liqasının üçüncü turundan təxirə salınmış iki oyun baş tutacaq.
İdman.Biz xəbər verir ki, kişilərin yarışında “Xilasedici” Fövqəladə Hallar Nazirliyinin idman zalında “Azərreyl”lə qarşılaşacaq.
Qadınların çempionatında isə “Milli Aviasiya Akademiyası” evdə “Abşeron”la üz üzə gələcək.
Qeyd edək ki, ilin son görüşləri 17:00-da start götürəcək.
