Azərbaycan Yüksək Liqası: “Gəncə” UNEC-i məğlub edib - YENİLƏNİB

18 Dekabr 2025 19:56
225
Azərbaycan Yüksək Liqası:  “Gəncə” UNEC-i məğlub edib

Bu gün qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında yeddinci turun daha bir oyunu keçirilib.

İdman.Biz bildirir ki, UNEC evdə “Gəncə” ilə üz-üzə gəlib.

Qarşılaşma UNEC-in idman zalında keçirilib.

Gərgin və maraqlı mübarizə şəraitində keçən qarşılaşmada qalib tay-brekdə müəyyən olunub. Qonaq komanda “Gəncə” 3:2 hesabı ilə UNEC üzərində qələbə qazanıb.

10:00

Bu gün qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında yeddinci turun daha bir oyunu keçiriləcək.

İdman.Biz xəbər verir ki, UNEC evdə “Gəncə” ilə üz-üzə gələcək.

Qarşılaşma UNEC-in idman zalında, saat 17:00-da start götürəcək.

Qeyd edək ki, turun açılış matçında “Azərreyl” “Murov Az Terminal”ı 3:0 hesabı ilə məğlub edib. Tura dekabrın 19-da yekun vurulacaq.

İdman.Biz