“Xilasedici” Çelenc Kubokunun 1/16 final mərhələsinin ilk oyununda uduzub

Xəbərlər
9 Dekabr 2025 20:13
69
“Xilasedici” Çelenc Kubokunun 1/16 final mərhələsinin ilk oyununda uduzub

Kişi voleybolçulardan ibarət “Xilasedici” komandası Çelenc Kubokunun 1/16 final mərhələsində ilk oyununa çıxıb.

İdman.Biz xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin idman zalında Belçika təmsilçisi “Lindemans”ı qəbul edən Azərbaycan klubu 0:3 (17:25, 22:25, 23:25) hesabı ilə uduzub.

Tərəflər arasında cavab oyunu 2026-cı il yanvarın 7-də Belçikada baş tutacaq.

Qeyd edək ki, yarışa 1/32 final mərhələsindən başlayan “Xilasedici” bu raundda Rumıniyanın “Styaua” klubuna qalib gələrək 1/16 finala yüksəlib.

İdman.Biz