Azərbaycanın U-18 millisinin EEVZA çempionatındakı oyunlarının başlama vaxtı müəyyənləşib

Xəbərlər
19 Noyabr 2025 15:09
29
Azərbaycanın U-18 millisinin EEVZA çempionatındakı oyunlarının başlama vaxtı müəyyənləşib

Noyabrın 20-23-ü aralığında Latviyanın Dauqavpils şəhərində Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında iştirak edəcək Azərbaycanın U-18 millisinin oyunlarının vaxtı açıqlanıb.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyası (AVF) məlumat yayıb.

B qrupunda yer alan yığma noyabrın 20-də, Bakı vaxtı ilə saat 17:00-da Estoniya ilə üz-üzə gələcək.

Komanda noyabrın 21-də, eyni saatda Ukrayna ilə münasibətlərə aydınlıq gətirəcək.

İdman.Biz