Azərbaycan klubu Çelenc Kubokunda ilk qarşılaşmasından məğlub ayrılıb - YENİLƏNİB

Xəbərlər
12 Noyabr 2025 22:53
148
Azərbaycan klubu Çelenc Kubokunda ilk qarşılaşmasından məğlub ayrılıb - YENİLƏNİB

Azərbaycanın kişi voleybolçulardan ibarət “Xilasedici” komandası Çelenc Kubokunda ilk matçını keçirib.

İdman.Biz xəbər verir ki, Bakı təmsilçisi 1/32 final mərhələsində Rumıniyada “Styaua” kollektivinin qonağı olub.

Qarşılaşma rəqibin 3:0 hesablı qələbəsi ilə bitib.

Qeyd edək ki, tərəflər arasında cavab görüşü noyabrın 20-də Bakıda, Fövqəladə Hallar Nazirliyinin idman zalında, saat 18:00-da başlayacaq.

12:50

Bu gün Azərbaycanın kişi voleybolçulardan ibarət “Xilasedici” komandası Çelenc Kubokunda ilk matçını keçirəcək.

İdman.Biz xəbər verir ki, Bakı təmsilçisi 1/32 final mərhələsində Rumıniyada “Steaua” kollektivinin qonağı olacaq.

Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.

Qeyd edək ki, tərəflər arasında cavab görüşü noyabrın 20-də Bakıda, Fövqəladə Hallar Nazirliyinin idman zalında, saat 18:00-da başlayacaq.

İdman.Biz