Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında Azərbaycan təmsilçiləri bu gün yarışlara start verirlər.
İdman.Biz xəbər verir ki, qadınlardan ibarət voleybol yığmamız ilk oyunda İran komandası ilə qarşılaşacaq. Görüş saat 14:00-da başlayacaq.
Futzal millimiz isə A qrupunda Liviya ilə qarşılaşacaq. Bu oyun Şahzadə Feysəl ibn Fərhan Olimpiya Kompleksində, Bakı vaxtı ilə 17:00-da start götürəcək.
Qeyd edək ki, İslamiadanın açılış mərasimi noyabrın 7-də, bağlanış tədbiri isə 21-də baş tutacaq.
        
                        
                        
                        
                        
                        
                        
                    
                    
                    
                    