Azərbaycan Yüksək Liqasında təxirə salınmış I tur oyununun tarixi açıqlanıb

Xəbərlər
3 Noyabr 2025 17:16
42
Azərbaycan Yüksək Liqasında təxirə salınmış I tur oyununun tarixi açıqlanıb

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında I turdan təxirə salınmış oyunun tarixi bəlli olub.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyasından (AVF) məlumat verilib.

“Gənclər” və “Murov Az Terminal” komandaları arasında keçiriləcək oyun noyabrın 6-da, saat 16:30-da start götürəcək.

Qarşılaşma AVF-nin idman zalında baş tutacaq.

İdman.Biz