Albaniya Voleybol Federasiyası Tirana “Dinamo”sunun braziliyalı oyunçusu Nayara Ferreyranı cinsiyyət kimliyi ilə bağlı şübhələr səbəbindən yarışlardan diskvalifikasiya edib.
İdman.Biz "Balkan Insight"a istinadən xəbər verir ki, idmançı bir neçə həftə müddətinə yarışlardan uzaqlaşdırılıb və gender testi verməyə məcbur edilib.
Albaniyanın diskriminasiyadan müdafiə üzrə səlahiyyətlisi Robert Qayda məsələ ilə bağlı araşdırma aparacaqlarını bildirib.
“Dinamo” klubunun baş məşqçisi Orlando Kodja isə qərarla razılaşmadığını deyib və bu addımın təhlükəli presedent yarada biləcəyini vurğulayıb. Onun sözlərinə görə, Ferreyra testin nəticəsini aldıqdan sonra Albaniyanı tərk etməyi planlaşdırır.
