Baş məşqçisiz olan yığmamızın reytinqdə mövqeyi açıqlanıb

Xəbərlər
9 Dekabr 2023 13:06
118
Baş məşqçisiz olan yığmamızın reytinqdə mövqeyi açıqlanıb

Voleybol yığmalarının FİVB reytinqi açıqlanıb.

İdman.biz xəbər verir ki, cədvəldə Azərbaycan milli komandalarının da mövqeyi bəlli olub.

Qadınlardan ibarət millimiz 33 xalla dünyanın 32-ci komandasıdır. Baş məşqçisiz olan komanda son siyahı ilə müqayisə mövqeyini qoruyub.

Qadın yığmaların cədvəlinə Çin başçılıq edir. Onların aktivində 320 xalı var. Asiya təmsilçisini ABŞ izləyir (266 xal). “Üçlüy”ü Serbiya qapayır – 252 xal.

Kişilərdən ibarət komandamız da yerində sayıb. Onlar 83,33 xalla planetin 46-cısıdır.

İlk “üçlük” də dəyişməz qalıb. Polşa (421,14), ABŞ (390,91) və İtaliya (342,43) ön sıralarda qərarlaşıb.

İdman.biz