Çempionlar Liqası: "Azerreyl" Serbiya klubuna qarşı

Xəbərlər
22 Oktyabr 2025 14:30
50
Çempionlar Liqası: "Azerreyl" Serbiya klubuna qarşı

2025/26-cı illər mövsümündə ölkəmizi Çempionlar Liqasında təmsil edən kişi voleybolçulardan ibarət "Azerreyl" klubu təsnifat mərhələsinin 1-ci turunda Serbiyanın “Radniçki” komandası ilə üz-üzə gələcək.

İdman.biz xəbər verir ki, ilk oyun oktyabrın 23-də Bakıda keçiriləcək.

FHN-in idman zalında təşkil olunacaq matç saat 19:00-da start götürəcək.

İdman.Biz