III MDB Oyunları: Azərbaycan Özbəkistana qalib gələrək yarımfinala yüksəlib - FOTO

Xəbərlər
3 Oktyabr 2025 21:08
42
III MDB Oyunları: Azərbaycan Özbəkistana qalib gələrək yarımfinala yüksəlib - FOTO

Azərbaycanın 17 yaşadək qızlardan ibarət voleybol komandası III MDB Oyunları çərçivəsində Özbəkistanla qarşılaşıb.

İdman.biz xəbər verir ki, Gəncə İdman Sarayında təşkil olunan matç ev sahiblərinin 3:2 hesablı qələbəsi ilə bitib.

Digər görüşdə isə Rusiya Qırğızıstana 3:0 hesabı ilə qalib gəlib.

Beləliklə, III MDB Oyunlarında voleybolçu qızlar arasında qrup mərhələsi başa çatıb. A qrupunda Azərbaycan (2 qələbə – 5 xal) və Özbəkistan (1 qələbə – 4 xal), B qrupunda isə Rusiya (2 qələbə – 6 xal) və Belarus (1 qələbə – 3 xal) milliləri növbəti mərhələyə vəsiqə qazanıblar.

Yarımfinal oyunları oktyabrın 5-də keçiriləcək.

İdman.biz