Bu gün III MDB Oyunları çərçivəsində Gəncə İdman Sarayında voleybol yarışları davam edib.
İdman.biz bildirir ki, A qrupunda yer alan kişilərdən ibarət Azərbaycan millisi Qırğızıstana 3:0 hesabı ilə qalib gəlib.
Günün digər oyununda A qrupunda mübarizə aparan Rusiya Özbəkistandan üstün olub – 3:1.
Xatırladaq ki, dünən qadınlardan Azərbaycan voleybol millisi Tacikistana qalib gəlmişdi – 3:0.