Voleybol üzrə Avropa çempionatının püşkatma mərasimi keçiriləcək - FOTO

Xəbərlər
2 Oktyabr 2025 14:40
44
Voleybol üzrə Avropa çempionatının püşkatma mərasimi keçiriləcək - FOTO

Oktyabrın 4-də final mərhələsi 2026-cı ildə təşkil olunacaq voleybol üzrə qadınlar arasında Avropa çempionatının püşkatma mərasimi keçiriləcək.

Bu barədə İdman.biz-ə Azərbaycan Voleybol Federasiyasından məlumat verilib.

“EuroVolley 2026”nın biletləri isə bu il 7 noyabrda satışa çıxacaq.

Qadın voleybolçuların Avropa çempionatı 21 avqust - 6 sentyabr tarixlərində keçiriləcək. Oyunlar Bakı (Azərbaycan), İstanbul (Türkiyə), Brno (Çexiya) və Geteborg (İsveç) şəhərlərində baş tutacaq.

Püşkatma mərasimi şənbə günü Bari şəhərindəki məşhur “Norman-Swabian” qalasında keçiriləcək. CEV-in “YouTube” kanalında canlı yayımlanacaq mərasimdə ulduz oyunçular və voleybol ailəsinin bir çox üzvü iştirak edəcək. Tədbirdə Azərbaycan Voleybol Federasiyasının İdarə heyətinin üzvü Elqar Bağırov və millimizin voleybolçusu Ayşən Abduləzimova iştirak edəcəklər.

İdman.biz