Azərbaycan triatlonçularından Özbəkistanda UĞURLU NƏTİCƏLƏR

Xəbərlər
26 May 2025 18:21
55
Azərbaycan triatlonçularından Özbəkistanda UĞURLU NƏTİCƏLƏR

Triatlon üzrə Özbəkistanın açıq çempionatında Azərbaycan idmançıları yüksək nəticələr göstəriblər.

İdman.biz xəbər verir ki, triatlon üzrə millimizin üzvü Əli Rzazadə 43 iştirakçı arasında bütün rəqiblərini geridə qoyaraq qalib olub.

Digər təmsilçimiz Leyla Abduləzizova Elit kateqoriyada 13 qadın idmançı arasında ikinci yeri tutub.

Tural Atakişiyev isə "Age Group" (18–25 yaş) kateqoriyasında öz yaş qrupunda birinci yerə çıxıb.

İdman.biz