Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Dünya Seriyasının Buxarest mərhələsində növbəti oyunlarını keçirir.
İdman.biz xəbər verir ki, 1/4 finalda Çin millisi ilə qarşılaşan komandamız 21:17 hesabı ilə qalib gəlib.
Yarımfinalda qızlarımız Rumıniyanın "Rapid Buxarest" komandasını 21:18 hesabı ilə məğıub ediblər.
Finalda Azərbaycan yığmasının rəqibi "Seattle" klubu olacaq. Oyun Bakı vaxtı ilə saat 21:25-də start götürəcək.
Qeyd edək ki, basketbolçularımız ilkin qrup mərhələsində "Tsukuba"ya (Yaponiya) 21:10, "Lozanna"ya (İsveçrə) 21:11 hesabı ilə qalib gəlib. Əsas mərhələnin C qrupunda isə Ukrayna (21:20) və Sinqapuru (22:10) məğlub ediblər.
İdman.biz