Azərbaycan triatlonçuları Özbəkistanda uğurlu nəticələr göstəriblər - FOTO

Xəbərlər
25 May 2025 22:59
61
Azərbaycan triatlonçuları Özbəkistanda uğurlu nəticələr göstəriblər - FOTO

Triatlon üzrə Özbəkistanın açıq çempionatında Azərbaycan idmançıları yüksək nəticələr göstəriblər.

İdman.biz xəbər verir ki, triatlon üzrə milli komandamızın üzvü Əli Rzazadə 43 iştirakçı arasında bütün rəqiblərini geridə qoyaraq qalib olub.

Digər təmsilçimiz Leyla Abduləzizova Elit kateqoriyada 13 qadın idmançı arasında ikinci yeri tutub.

Tural Atakişiyev isə "Age Group" (18–25 yaş) kateqoriyasında öz yaş qrupunda birinci yerə çıxıb.

İdman.biz