Azərbaycan triatlonçuları Minskdə iki medal qazanıblar - FOTO

26 İyul 2026 22:14
92
Azərbaycan triatlonçuları Minskdə iki medal qazanıblar - FOTO

Belarusun paytaxtı Minsk şəhərində beynəlxalq triatlon yarışı keçirilib.

İdman.Biz xəbər verir ki, yarışda Azərbaycanı təmsil edən gənc triatlonçular iki medal qazanıblar.

Əli Rzazadə bütün rəqiblərini qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb və qızıl medala sahib olub.

Digər təmsilçimiz Riad Abbaszadə isə mübarizəni üçüncü pillədə başa vuraraq bürünc medal qazanıb.

İdman.Biz