Arina Sabalenka: "Çox pis rəqs edirəm, amma..."

Xəbərlər
10 Sentyabr 2025 01:50
47
Arina Sabalenka: "Çox pis rəqs edirəm, amma..."

“Böyük Dəbilqə” turnirlərinin dördqat qalibi, dünyanın bir nömrəsi, belaruslu tennisçi Arina Sabalenka rəqs məharətindən danışıb.

İdman.biz bildirir ki, ötən həftə “US Open 2025”in finalında Sabalenka amerikalı Amanda Anisimovaya qalib gəlib.

"Mən çox pis rəqs edirəm, amma əlimdən gələni də edirəm. Həmişə gözəl görünmək üçün ən sadə hərəkətləri seçirəm. Hətta sadə hərəkətləri etmək üçün mənə nə qədər vaxt lazım olduğunu bilmirsiniz. İlk cəhdi görməli idiniz, bu, fəlakət idi", - Sabalenka deyib.

İdman.biz