Məşhur Hollivud aktrisası "US Open 2025"in finalında

Xəbərlər
7 Sentyabr 2025 04:20
58
Məşhur Hollivud aktrisası "US Open 2025"in finalında

Məşhur Hollivud aktrisası Naomi Uotts belaruslu tennisçi Arina Sabalenka ilə amerikalı Amanda Anisimova arasında qadınlar arasında "US Open 2025"in final matçında azarkeşlər arasında olub.

İdman.biz bildirir ki, final oyununda Sabalenka Anisimovadan üstün olub və dalbadal ikinci dəfə "US Open"də qalib gəlib.

56 yaşlı Uotts "Oskar", BAFTA (Britaniya Kino və Televiziya İncəsənət Akademiyası. - red.), ABŞ Aktyorlar Gildiyası Mükafatı və bir çox başqa mükafatlara dəfələrlə namizəd olub.

İdman.biz