Vinus Uilyams: "Həmişə tennis oynayacağam"

Xəbərlər
24 Avqust 2025 09:44
43
Vinus Uilyams: "Həmişə tennis oynayacağam"

“Böyük Dəbilqə”nin 7 qat qalibi, dünyanın keçmiş 1-ci raketkası, 45 yaşlı amerikalı tennisçi Vinus Uilyams tennisə olan sevgisindən danışıb.

İdman.biz xəbər verir ki, o, bu idman növünü həyatının ən vacib hissəsi kimi dəyərləndirib.

Uilyams həmişə tennis oynayacağına əminliyini ifadə edib: "Tennis mənim DNT-dədir. Ona görə də indi və ya 30 il sonra fərqi yoxdur, tanrının köməyi ilə burada olacağam. Bunu birlikdə edəcəyik, hamımız topa zərbə vuracağıq. Bəlkə də izləmək üçün qayıdacağam. Bəlkə deyəcəyəm ki, daha yaxşı oynayırdım. Amma hər halda tennis həmişə həyatımın ən vacib hissəsi olacaq".

Qeyd edək ki, Vinus Uilyams "US Open 2025" turnirində çıxış edəcək. İlk rəqibi çexiyalı Karolina Muxova olacaq.

İdman.biz