İranlı padel tennisçi İsrailin hücumları zamanı ölüb

Xəbərlər
14 İyun 2025 14:08
45
İranlı padel tennisçi İsrailin hücumları zamanı ölüb

İranlı padel tennisçi Parsa Mansur İsrailin İrana raket zərbələrindən biri zamanı həlak olub.

İdman.biz xəbər verir ki, bu barədə İran Tennis Federasiyası məlumat yayıb.

Təşkilatın bəyanatında bildirilir ki, İsrailin Tehrana və ölkənin bir sıra şəhərlərinə hücumlarından sonra bir neçə hərbi komandir, elm adamı və mülki şəxslər həlak olub.

Raket zərbələri nəticəsində ölənlər arasında Parsa Mansur da var. O, hadisə zamanı məşqdən sonra evə qayıdırmış.

İdman.biz